ANS-dən qalmqalla ayrılan aparıcı efirə qayıdır – FOTO
3 ildən çoxdur televiziyadan uzaq düşən aparıcı Umka (Umnisə) Hacıyeva yenidən aparıcığıla başlayır.
“3 ildir ki, sevərək çalışdığım sahədən kənarlaşmışdım. Hər kəsdən uzaq olmaq istəyirdim. Bu illər ərzində bütün sosial şəbəkələrdən də yox olmuşdum. Bütün vaxtımı təhsilimə yönəltmişdim. Ali məktəbimi bitirdim. Diplomumu uğurla müdafiə etdim. İngilis dilimi demək olar ki, mükəmməlləşdirmişəm.
Televiziyaya qayıtmağım isə dostumun məsləhəti ilə oldu. Əvvəl razılaşmadım. Sakit həyata alışmışam. Televiziya elə sahədir ki, orada sakitçilik yoxdur. Bilən də, bilməyən də haqqında nə gəldi danışır. Elə şaiyələr uydururlar ki, Hollivud ssenaristləri belə mat qalar. Amma dostum saqqızımı oğurlamağı bacardı və mən razılıq verdim. Tezliklə layihəm haqda geniş məlumat verəcəyəm”, - U.Hacıyeva bu qərarı vermək üçün xeyli düşündüyünü bildirib.
Qeyd edək ki, 2013-cü ilin yayında aktrisa və aparıcı Umka (Umnisə) Hacıyeva Azərbaycanın bir çox xəbər kanallarında, eləcə də sosial şəbəkələrinin əsas qəhrəmanına çevrilmişdi.
Buna səbəb isə aparıcının çimərlik geymində olan şəkilərinin bir sıra KİV-də yayılması oldu. Buna görə də ANS telekanalının rəhbərliyi bu şəkillərin Azərbaycan mentalitetinə uyğun olmadığı üçün U.Hacıyevanı öz istəyilə işdən azad etmşdi.
Umka Hacıyevanın inanılmaz dəyişimi: mümkün olmayan heç nə yoxdur – FOTO
FOTO: Niko Abbasov
S.Xankişiyeva