Telman İsmayılovun qardaşı həbs olunub | 1news.az | Xəbərlər
Dünya

Telman İsmayılovun qardaşı həbs olunub

10:58 - 21 / 11 / 2016
Telman İsmayılovun qardaşı həbs olunub

Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

R. İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib.

Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər:

“Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus “Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

M. Kərimov iş adamları ilə söhbət edərkən R. İsmayılov maşından düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R. İsmayılov isə bu dəfə ayrı-ayrı maşınlarda onları izləyiblər.

Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V. Savkin və Y. Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub. Qısa müddət sonra şübhəli şəxs M. Kərimov yaxalanıb. O, günahını boynuna alıb.

Müəyyən olunub ki, M. Kərimov qətldən öncə bir neçə dəfə R. İsmayılova zəng edib. O da müəyyənləşib ki, R. İsmayılovla V. Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R. İsmayılov bütün pulu özünə götürüb:

“O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Məhkəmə R. İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. O, günahını inkar etsə də, M Kərimov sahibkarlarla danışıq apardığı zaman avtomobildə olduğunu boynuna alıb.

1news.az

Paylaş:
759

Son xəbərlər

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılırBu gün, 16:57Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilibBu gün, 16:09Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilibBu gün, 15:28Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQBu gün, 14:57DİN: Bakıda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi görüntüləri araşdırılıbBu gün, 14:28Heydər Əliyev prospektində yanğına görə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİBBu gün, 14:04MMF2024-ün ikinci gününün spikerləri bəlli oldu!Bu gün, 14:00Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilibBu gün, 13:4340 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 13:10Ötən ay Azərbaycanda restoranlara xərclənən məbləğ açıqlanıbBu gün, 12:48Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 12:45Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıbBu gün, 12:28İsmayıllıda 17 yaşlı oğlan itkin düşübBu gün, 12:09Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıbBu gün, 11:19FHN-dən taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT - VİDEOBu gün, 10:52Azərbaycan neftinin qiyməti bahalaşıbBu gün, 10:34Ölkə ərazisində 39 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 10:14Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunubBu gün, 09:43Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıbBu gün, 09:37Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıbBu gün, 09:00
Bütün xəbərlər