Sarkozinin yenidən prezident olmaq xəyalı puç oldu – siyasətdən gedir
Fransada növbəti prezident seçkilərində namizəd olmaq istəyən eks-prezident Nikolya Sarkozi rəqiblərinə uduzub.
1news.az Euronews-a istinadən xəbər verir ki, dünən sağçı Cümhuriyyət Partiyasının prezidentliyə namizədini müəyyən etmək üçün keçirilən seçkinin ilk mərhələsini 43,8 faiz səslə Françoiz Fillon qazanıb.
Partiyanın digər güclü namizədi Alan Yuppe isə 26 faizlə ikinci olub. 24,4 faiz səs toplayan Sarkozi isə 3-cü olaraq növbəti mərhələdə iştirak etmək şansını itirib.
Seçkidən sonra mətbuat konfransı keçirən N.Sarkozisiyasi karyerasını bitirəcəyini açıqlayıb:
“Şəxsi həyatıma daha çox diqqət ayırmaq vaxtıdır. Fransaya uğurlar”.
Sarkozi növbəti ikinci turda Fillonu dəstəkləyəcəyini elan edib.
Fərid Ədalət