Sərhəddə saxlanılan azərbaycanlı zəvvarların problemi həll olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhəddə saxlanılan azərbaycanlı zəvvarların problemi həll olundu

20:41 - 22 / 11 / 2016
Sərhəddə saxlanılan azərbaycanlı zəvvarların problemi həll olundu

Kərbaladan qayıdarkən İraq-İran sərhəddində saxlanılmış azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub.

1news.az xəbər verir ki, bu barədə APA-ya zəvvvərlardan biri Həşimov Mirələm məlumat verib.

O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb.

Digərlərinin də tez bir zamanda buraxılması gözlənilir.

Qeyd edək ki, İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilib. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyiblər.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər