Sabah qar yağacaq, yollar buz bağlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq

12:49 - 22 / 11 / 2016
Sabah qar yağacaq, yollar buz bağlayacaq

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən 1news.az-a verilən məlumata görə, havanın minimal temperaturu noyabrın 23-24-də 0-4 dərəcə şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 24-dək davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. 

1news.az

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər