Türkiyə mətbuatı ipəkdən Quran hazırlayan azərbaycanlı rəssamdan yazıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyə mətbuatı ipəkdən Quran hazırlayan azərbaycanlı rəssamdan yazıb – FOTO

16:03 - 23 / 11 / 2016
Türkiyə mətbuatı ipəkdən Quran hazırlayan azərbaycanlı rəssamdan yazıb – FOTO

Türkiyə mətbuatı Azərbaycanda səhifələri ipəkdən olan Qurani-Kərimin hazırlanmasından yazıb.

Sənət əsərinin müəllifi Türkiyənin Mərmərə Universitetinin İncəsənət tarixi üzrə doktorantı Tünzalə Məmmədzadədir.

Müqəddəs kitabın hazırlanması üçün 33 yaşlı rəssam 50 metr qara ipəkdən, 1500 millilitr qızıl və gümüş suyundan istifadə edib. Əsərin ölçüsü 29x33 sm-dir

Tünzalə Məmmədzadə öz yaradıcılığının zirvəsi saydığı əsərə üç il sərf edib.

F.Bağırova 

Paylaş:
2880

Son xəbərlər

Bütün xəbərlər