“Araz” ilk oyununa çıxır | 1news.az | Xəbərlər
Futbol

“Araz” ilk oyununa çıxır

11:25 - 23 / 11 / 2016
“Araz” ilk oyununa çıxır

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək.

1news.az-ın məlumatına görə, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nasional” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə 23:30-da başlayacaq oyunu Eduardo Fernandes Coelho (Portuqaliya), Qabriel Gherman (Rumıniya) və Pascal Lemaldan (Belçika) ibarət hakimlər briqadası idarə edəcək.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər