Hyatt Regency Baku mehmanxanasında xeyriyyə aksiyası keçirilib – FOTO
Noyabr ayı ərzində Hyatt Regency Baku mehmanxanasında “Çəhrayı pantera” adlı xeyriyyə aksiyası keşirilib. Aksiyanın məqsədi Azərbaycanda uşaqların sosial problemlərinə diqqət ayrılmasına yönəlib.
Aksiya mehmanxananın yenilənmiş lobbisində UAFA-nın (United Aid For Azerbaijan) birgə təşkilatçılığı ilə həyata keçirilib.
Otelin lobbisində hər cür pirojna və şiniyyatlar, müxtəlif növ çay, eləcə də qəlyanaltılardan ibarət çay süfrəsi təqdim edilib. Çay süfrəsinin adambaşını düşən qiyməti 15 manat təşkil edib. Bu aksiyada toplanan vəsait UAFA-nın Uşaq Fondu Proqramına köçürülüb.
Hyatt Regency Baku-nun təşəbbüsü Hyatt Thrive qlobal korporativ platformasının davamıdır. Bu platforma Hyatt korporsiyanın olduğu dünyanın bütün ölkələrində yerli cəmiyyələrin rifah və inkişafına təkan verir. Hyatt Regency Baku-nun baş meneceri Valter Hahdır.
Fotolarda soldan sağa:
UAFA-nın Azərbaycanda rəhbəri Qven Berçel, UAFA-nın İctimaiyyətlə əlaqələr və marketinq üzrə meneceri Saleh Nəsirov, Hyatt Regency Baku-nin baş meneceri Valter Hah və Hyatt Regency Baku-nun Banketinq meneceri Teymur Axundov.
1news.az