UEFA Avropa Liqası: “Qarabağ” komandası səfərdə Çexiyanın “Slovan” klubu ilə qarşılaşır | 1news.az | Xəbərlər
Futbol

UEFA Avropa Liqası: “Qarabağ” komandası səfərdə Çexiyanın “Slovan” klubu ilə qarşılaşır

23:07 - 24 / 11 / 2016
UEFA Avropa Liqası: “Qarabağ” komandası səfərdə Çexiyanın “Slovan” klubu ilə qarşılaşır

Noyabrın 24-də Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə Çexiyanın “Slovan” komandası ilə qarşılaşır.

İsveçli baş hakim Stefan Yohannessonun idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Muerrem Muerrem, Dani Kintana, Dino Ndlovu, Arif Daşdəmirov və Miçel yer alıblar.

 “Slovan”ın ilk on birliyində isə meydana Martin Dubravka, Ondrjey Karafiat, Radim Breyte, Vladimir Kufal, Nikolay Komliçenko, Lukaş Pokornı, Lukaş Bartoşik, Petr Şevçik, Eqon Vux, Zdenek Folprext və Ubonq Ekpay çıxıblar.

Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”-“Slovan” görüşü 2:2 hesabı ilə başa çatıb. Komandamız İtaliyada “Fiorentina”ya 1:5 hesabı ilə məğlub olsa da, PAOK-u Bakıda 2:0, səfərdə isə 1:0 hesabı ilə məğlub edib.

Hazırda “Fiorentina” klubu 10 xalla “J” qrupunun lideridir. “Qarabağ” 7 xalla ikinci, PAOK 4 xalla üçüncü yerdə qərarlaşıb. Hesabında 1 xal olan “Slovan” sonuncu pillədə yer alıb.

AZƏRTAC

Paylaş:
958

Son xəbərlər

Bütün xəbərlər