Bakıda Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur

15:19 - 25 / 11 / 2016
Bakıda Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur

Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə tədbir keçirilib.

1news.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən xəbərə görə, tədbir iştirakçılarına bildirilib ki, müasir dövrümüzdə qlobal xarakter daşıyan bu problemin qabardılması hələ 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü kimi elan etməsi ilə başlayıb.

Bu günün əhəmiyyəti dünya ictimaiyyətinin diqqətini qadın zorakılığına qarşı yönəltmək, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının diqqətini mövzuya artırmaqdan ibarətdir.

Qadın zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi, ölkəmizdə də daim diqqət və nəzarət altındadır. Mövzuya dair müxtəlif tədbirlər keçirilir, müxtəlif layihələr tətbiq olunur ki, belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutub.

Tədbirin keçirilməsində əsas məqsəd – KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətlənmiş məlumatların təqdimatını təmin etməkdir.

Qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, onların sağlamlıqlarına xələl yetirilir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Bu hal, həmçinin, qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyindən xəbər verir.

Tədbirdə KİV nümayəndələrinə qadına qarşı zorakılığın sosial aspektləri, səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında geniş məlumat verilib.

Qadına qarşı zorakılığının qarşısının alınmasında ictimai rəyin formalaşmasında KİV-in rolu və vəzifələri xüsusi vurğulanıb.

Sonda qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video-çarxlar nümayiş etdirilib.

1news.az

Paylaş:
657

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər