Cəbhədə ermənilərin təxribatı davam edir | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə ermənilərin təxribatı davam edir

12:01 - 26 / 11 / 2016
Cəbhədə ermənilərin təxribatı davam edir

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər