“Tüstüsüz Həyat” rəsm sərgisi başa çatdı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Tüstüsüz Həyat” rəsm sərgisi başa çatdı – FOTO

15:14 - 28 / 11 / 2016
“Tüstüsüz Həyat” rəsm sərgisi başa çatdı – FOTO

Azərbaycan Prezidenti yanında Gənclər fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən “Tüstüsüz Həyat” rəsm sərgisi başa çatdı.

ATGTİ-dən 1news.az-a verilən məlumata görə, sərgi siqaret və digər zərərli vərdişlərin insan həyatına mənfi təsirini nümayiş etdirmək məqsədilə keçirilən sosial layihədir.

Layihəyə göndərilən rəsmlər üç gün ərzində sərgilənib və son gün bağlanış mərasimində iştirakçılar diplom və sertifikatlarla, rəsm ləvazimatları ilə təltif olunub. Sonda iştirakçılarla xatirə fotosu çəkilib.

1news.az

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər