Bu özəlliyə görə heç kim onlarla evlənmir: yardım istəyirlər - VİDEO
Hindistanın Bihar əyalətindəki Teusa kəndində yaşayan Çoudhari sülaləsinin olduqca qəribə özəlliyi var.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, sülalənin fərqli yaşlardakı 25 üzvünün əl və ayağındakı barmaqlarının sayı normal insanlardakından 1 barmaq çoxdur.
Bu hal onların gündəlik həyatlarına mənfi təsir edir. Çoudhari uşaqları qələm tutarkən çətinlik çəkirlər. Sülalənin qızları ilə evlənmək istəyən isə yoxdur. Bir çoxları bu özəlliyə görə onlardan qorxurlar. Çoudhari qızları psixoloji sarsıntı keçirdikləri üçün ünsiyyətdən qaçır, kameralardan gizlənirlər.
Hazırda ailə böyükləri onları bu xəstəlikdən xilas etmək üçün aiddiyyatı qurumlardan yardım gözləyirlər.
Qeyd edək ki, tibbi dildə “polidaktili” olan çoxbarmaqlılıq xəstəliyi xüsusilə insanlarda, həmçinin pişiklərdə və itlərdə də rast gəlinir. Bu, doğuşdan gələn genetik xəstəlikdir. Xəstəliyə səbəb ola biləcək 39 müxtəlif mutasiya mövcuddur.
Fərid Ədalət