Türkiyədə şagird yataqxanasında yanğın: 12 ölü, 22 yaralı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə şagird yataqxanasında yanğın: 12 ölü, 22 yaralı – FOTO – VİDEO

09:22 - 30 / 11 / 2016
Türkiyədə şagird yataqxanasında yanğın: 12 ölü, 22 yaralı – FOTO – VİDEO

Türkiyənin Adana şəhərində yerləşən şagird yataqxalarından birində yanğın baş verib.

Yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

Ölənlərdən 1-i müəllim, 11 isə şagird olub.

"Baş verən yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində araşdırma aparılır", - Adana valisi Mahmud Dəmirtaş deyib.

Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Anadolu

Paylaş:
926

Son xəbərlər

Bütün xəbərlər