Ərdoğan və Merkel arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan və Merkel arasında telefon danışığı olub

23:21 - 01 / 12 / 2016
Ərdoğan və Merkel arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

1news.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyət müzakirə edilib, şəhər əhalisinə humanitar yardımların çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.

Tərəflər həmçinin Kipr məsələsini və Suriyadakı prosesləri müzakirə ediblər.

1news.az

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər