Rusiyada azərbaycanlını döyüb, 630 min pulunu oğurladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada azərbaycanlını döyüb, 630 min pulunu oğurladılar

14:50 - 02 / 12 / 2016
Rusiyada azərbaycanlını döyüb, 630 min pulunu oğurladılar

Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar.

1news.az xəbər verir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində, bina 20-nin qarşısında baş verib.

Burada naməlum şəxslər həmyerlimizi döyərək içərisində 630 000 min rubl və pasport olan çantasını oğurlayıblar.

Həmyerlimiz qapalı kəllə-beyin travması və sağ gözün kontuziyası diaqnozları ilə şəhər xəstəxanasına çatdırılıb.

Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər