ABŞ dövlət katibi postuna namizədlərin siyahısı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

ABŞ dövlət katibi postuna namizədlərin siyahısı açıqlandı

23:36 - 02 / 12 / 2016
ABŞ dövlət katibi postuna namizədlərin siyahısı açıqlandı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.

"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib:

“Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq”.

D.Tramp da müsahibəsində söyləyib ki, yaxın həftələrdə kabinetin tam tərkibi formalaşdırılacaq.

1news.az

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər