Ərdoğanın dollarla bağlı çağırışı biznesmenləri hərəkətə keçirdi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ərdoğanın dollarla bağlı çağırışı biznesmenləri hərəkətə keçirdi - VİDEO

16:16 - 04 / 12 / 2016
Ərdoğanın dollarla bağlı çağırışı biznesmenləri hərəkətə keçirdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə vətəndaşlarına dollarla bağlı çağırışından dərhal sonra bəzi iş adamları hərəkətə keçib.

Bingöldə dollarını türk lirəsinə dəyişənlər üçün müxtəlif kampaniyalar başladılıb. Belə ki, dolları milli valyutaya dəyişərək qəbzini təqdim edən vətəndaşlar üçün pulsuz nahar və bir həftə boyunca təmənnasız çörək verməyə başlayıblar.

İş adamı Bahri Kara hər kəsi Ərdoğanın çağırışına dəstək verməyə səsləyib: "Prezidentimiz iqtisadiyyata dəstək üçün çağırış etdi. Biz də iş adamı olaraq bu çağırışa dəstək veririk. Odur ki, 100 dollarını milli valyutaya dəyişərək qəbzini təqdim edənə nahar yeməyi veririk.İqtisadiyyatımızın güclənməsi üçün xalqımızı və iş adamlarını prezidentimizin çağırışına dəstək verməyə dəvət edirəm".

Çörək istehsalı ilə məşğul olan İdris Satılmış isə belə deyib: "Mən bir istehsalçı olaraq dolların yüksəlməsindən narahatam. Ona görə də bütün vətəndaşlarımıza səslənirəm: "100 dollarını dəyişən hər kəsə bir həftə ərzində pulsuz çörək verəcəyik". Dolların düşməsini lirənin isə dəyər qazanmasını istəyirik". 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarına dollara nisbətdə milli valyuta məzənnəsinin kəskin düşməsi ilə əlaqədar çağırış edib.

Ərdoğan vətəndaşları evlərdə saxladığı dollarları lirəyə dəyişməyə çağırıb: “Qoy, yastığın altındakı dollarları çıxartsınlar və onları qızıla, lirəyə dəyişsinlər. Türk lirəsi və qızıl dəyər qazansın. Narahat olmayın, biz tezliklə bu oyunu pozacağıq. Eyni ilə bu oyunu 2007-2008-ci ildə reallaşdırmağa çalışırdılar. O vaxt da dedim ki, bu keçəcək. İndi də eyni sözləri deyirəm – keçəcək”.

Xəzər Xəbər

Paylaş:
18777

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər