“Azərbaycanın İntellektual Birincisi” layihəsinin 4 rayonda turnirləri yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin 4 rayonda turnirləri yekunlaşıb - FOTO

14:47 - 05 / 12 / 2016
“Azərbaycanın İntellektual Birincisi” layihəsinin 4 rayonda turnirləri yekunlaşıb - FOTO

“İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 3-də və 4-də Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri yekunlaşıb.

“İrəli”dən 1news.az-a verilən məlumata görə, dekabrın 3-də Abşeron, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə  Mingəçevir turniri, dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə  Şəmkir turniri, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçirilib.

“Azərbaycanın İntellektual Birincisi”  layihəsinin açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə","Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Sumqayıt şəhərində keçirilən regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı" intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

Mingəçevir şəhərində keçirilən regional seçim turunda "Nə? Harada? Nə zaman?", "Axtar-tap" intellektual oyunlarında Mingəçevir şəhəri, "VətəniTanı" intellektual oyununda Zərdab rayonu, “Xəmsə” intellektual oyununda Ağdaş rayonunun gənc intellektualları qalib olublar.

Quba rayonunda keçirilən regional seçim turunda "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Quba rayonu, "Vətəni Tanı" intellektual oyununda Xaçmaz rayonu, "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Şabran rayonunun gənc intellektualları qalib olublar.

Şəmkir rayonunda keçirilən regional seçim turunda "Vətəni Tanı", "Nə? Harada? Nə zaman?"    intellektual oyunlarında Samux rayonu, "Axtar-tap" intellektual oyununda Tovuz rayonu, "Xəmsə" intellektual oyununda Göygöl rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

Qeyd edək ki, Dağlıq Qarabağ və Bakı şəhəri rayonları 10-nu və 11-i tarixlərində yarışacaq.

1news.az

Paylaş:
629

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər