Bakıda işbazların yeni fırıldağı - VİDEO
Özünü kolbasa zavodu kimi təqdim edən bir şirkət elan saytlarında saxta vakansiyalar yerləşdirib.
1news.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, yalan iş yeri elanının toruna keçənlərdən biri də Zahid Hüseynovdur.
Deyir ki, elandakı əmək haqqı və təklif olunan şırnikləndirici vədlər istənilən insanın diqqətini çəkə bilər. Məsələn, elanda yazılıb ki, “Hər həftənin 5-ci günləri işçilərə 20 manat dəyərində kolbasa və sosiska hədiyyə ediləcək. Bayramlarda 50 manat əmək haqlarına əlavələr olunacaq”.
Elanın altındakı qrafaya yazılıb ki, telefon nömrənizi bura yazın. Ardından sizin telefonunuza SMS gəlir ki, “Təbrik edirik, siz işə qəbul olundunuz. Lakin əmək sığortalıdır. Yeni qəbul olunan işçilərin və əməyin sığortalanması məqsədilə minimum 6 ay ərzində bizim şirkəti tərk etməyəcəyinizə dair 49 AZN sığorta ödəməsi etməlisiniz”.
Sonra sizi yönləndirirlər ki, ödəmə terminallarına yaxınlaşıb elektron pul kisəsi bölümündən filan hesab nömrəsinə pulu köçürün. Sonra isə filan nömrəyə zəng edin. Amma pulu ödəsəniz də, göndərilən nömrəyə zəng çatmır ki, çatmır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az