Ərdoğan “Türkiyə axını” ilə bağlı sazişi təsdiq etdi | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan “Türkiyə axını” ilə bağlı sazişi təsdiq etdi

09:40 - 06 / 12 / 2016
Ərdoğan “Türkiyə axını” ilə bağlı sazişi təsdiq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə axını" qaz kəmərinin tikintisi layihəsi üzrə Rusiya ilə razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə Türkiyənin rəsmi mətbuatı - Resmi Gazete-də məlumat verilir.

Qeyd edək ki, Türkiyə-Rusiya dövlətlərarası qaz kəməti üzrə razılaşma olan "Türkiyə axını" layihəsi oktyabrın 10-da İstanbulda imzalanıb.

Layihə üzrə 31,5 kubmetr qazın nəqlini nəzərdə tutan iki xəttin tikintisi yer alıb. Xətlərdən biri Türkiyədə, digəri isə qaz tədarükü üçün Avropada tikiləcək.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər