Səfir Çuquo Takaxaşi: Sevindirci haldır ki, Azərbaycanla Yaponiya arasında heç bir siyasi problem yoxdur
1news.az-ın Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çuquo Takaxaşi ilə müsahibəsi:
- Cənab səfir, Azərbaycan Yaponiyanın kənd təsərrüfatı və turizm sahəsi üzrə nou-hounin öyrəmiləmisinə marağını dəfələrlə bildirib. Ölkəniz Azərbaycan üçün hansı layihələri təklif edə bilər?
- Hesab edirəm ki, Azərbaycanın istər kənd təsərrüfatı, istərsə də turizm sahəsinin inkişafı ilə bağlı potensialı yüksəkdir. Azərbaycanın regionlarına tez-tez səfər edirəm və hər bir regionun özünəməxsus bitki örtüyü, öz milli mətbəxi olduğuna şahid oluram.
Yaponiyada təkcə sənaye deyil, həmçinin kənd təsərrüfatı da inkişaf edib. Kənd təsərrüfatının inkişafı müxtəlif mərhələlərdə aparılır. Misal üçün, birinci mərhələdə toxum səpilir, ikincisində məhsul yığılır, üçüncü mərhlədə məhsul xaricə idxal olunur, dördüncü də isə kənd təsərrüfatı qorunur.
Yaponiya bu mərhələlərin hər birində böyük təcrübəyə sahibdir. Yaponiyada elə fabriklər var ki, burada torpaq örütüyü olmadan bitki və meyvələr yetişdirilir. Azərbaycan tərəfi kənd təsərrüfatının müxtəlif sahələrinə maraq gösətərə bilər. İstərdim ki, ölkəniz Yaponiya ilə daha çox sərfəli olan sahədə əməkdaşlıq etməyi bildirsin.
Misal üçün, Yaponiya ilə kənd təsərrüfatı sahəsinin hansı sahəsi ilə əməkdaşlıq etmək istərsiniz? Bu planı özünüz üçün aydınlaşdırdıqdan sonra Yaponiya tərəfinə təqdim edin. Bu zaman sizi daha yaxşı anlayacağıq və kömək edə biləcəyik.
- Azərbaycanda turizmin inkişafı üçün nə deyə bilərsiniz?
- Turizmin inkişafından danışarkən infrastruktur böyük əhəmiyyət kəsb edir. İlk növbədə Azərbaycanın xaricdə tanınması üçün ölkə daim özünü xarici auditoriya qarşısında tanıtmalıdır. Təbiətinizdən danışarkən demək olar ki, Azərbaycanda palçıq vulkanlar, gözəl fısdıq meşələri, səhralar, eləcə də Lahıc kimi gözəl yerlər də var. Çox gözəl təbiətiniz var. Xəzər dənizi var. Buna görə də dəniz turları təşkil edilə bilər.
Bakıya gəlincə, burada turistlər üşün çox maraqlı yerlər var. Bildiyiniz kimi, Bakıda “Xəfiyyə 007” filminin fraqmentləri çəkilib. Düşünürəm bu yer turistlər üçün çox yaxşı olar.
Yaponiyada filmin bu fraqmentinin burada çəkilməsi ilə bağlı çoxlu soruşurlar. Yapon turistlərin quruda olan neft buruqlarına çoxlu maraq var. Neftin bu cür hasilatı yapon turistləri üçün maraqlıdır. Azərbaycan üçün bunun turizmin inkişafı üçün təbliğ etmək olar.
Bir faktı da qeyd edim: Azərbaycanla Yaponiya arasında məsafə böyükdür. Bakıya 15 saat təyyarə ilə gəlməli olursan. Yaponlar səyahətə daha çox zaman ayırır. Buna görə də turistik paketlərə Gürcüstana da səfər etməyi daxil edilsə bu, yapon turistləri daha çox cəlb edə bilər.
- Gələcəkdə Yaponiya Azərbaycanla hansı istiqamətlərdə münasbətləri inkişaf etdirmək niyyətindədir? Əməkdaşlığın inkişafının hansı prioritet sahələri var.
- Azərbaycan Yaponiya ilə - siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlıq edir. Sevindirci haldır ki, ölkələrimiz arasında heç bir siyasi problemlər yoxdur. İqtisadi münasibətlərə gəlincə indiyədək ölkələrimiz arasında əsasən enerji sahəsində inkişaf olub.
Bildiyiniz kimi, Itochu və Impex kimi nəhəng yapon şirkətləri Azəri-Çıraq-Günəşli layihəsində iştirak edərək 15% paya sahibdir. Bu şirkətlər həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsində də iştirak edir. Bir detalı da qeyd edim ki, əgər Itochu şirkəti 100% özəl şirkətdirsə, Impex-in 20% sahibkarlığı Yaponiya hökumətinə aiddir.
Yaponiyada demək olar ki, təbii ehtiyatlar yoxdu, ölkə bunu xaricdən əldə edir. Azərbaycan nefti Yaponiyaya birbaşa olaraq ixrac edilmir, lakin Türkiyədən keçərək Avropa nəqliniz bizim üçün əhəmiyyətlidir. Siz enerji ehtiyatlarınızı Avropaya, Yaxın Şərq isə bizə satır. Beləliklə, istisadi əməkdaşlıq sahəsində dövriyyə əmələ gəlir.
Bildiyim qədər, dünya bazarlarında neftin qiymətinin enməsilə bağlı Azərbaycan öz iqtisadiyyatını şaxləndirmək və yeni sahələri inkişaf etdirməyə can atır. Hazırda ölkədə bu istiqamətdə islahatlar aparılır. Əminəm ki, ölkələrimiz arasında digər sahələrdə də inkişaf potensialı mövcuddur. Bu imkanlar kənd təsərrüfatı, turizm və sənayedə də mövcuddur.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya bu ölkəyə hansı həcmdə yatırımlar edib? Ölkələr arasında ticarət dövriyyəsi necədir?
- Yuxarıda qeyd etdiyim kimi, iki nəhəng yapon şirkəti Azərbaycana yatırım edib. Ticarət dövriyyəsindən danışarkən qeyd edim ki, bu, çox yüksək deyil. Yapon tərəfinin statistik göstəricilərinə görə, 2015-ci ildə Yaponiyadan Azərbaycana 85 milyon dollar həcmində avtomobil, metal, dərman, kimyəvi məmulatlar ixrac edilirb. Azərbaycandan Yaponiyaya isə 1 milyon 350 min dollar həcmində çaxır və neft məhsulları ixrac edilib.
- Yaponiyanın yeni İpək yolu layihəsinə qoşulması mümkündürmü? Yaponiya Azərbaycandan keçirilən marşrutu dəstəkləyirmi?
- Azərbaycan hökuməti logistik potensialının inkişafı üçün böyük səylər göstərir. Ölkənizin İpək yolunda yerləşməsi nöqteyi-nəzərindən ümid edirik ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı rolunu yerinə yetirə biləcək.
Hesab edirəm ki, Azərbaycanın bu layihələrdə rolunun yüksəlməsilə əlaqədar ölkələr arasında ticarət dövriyyəsi də artacaq. Misal üçün, əgər Yaponiya məhsullarının Avropaya çatdırılmasından danışsaq bizim üçün əsas üç marşrut var. Birincisi – dəmir yoludur. Məhsullar gəmilər vasitəsilə Vladivastoka, oradan isə Transsibir dəmir yolu ilə uzun məsafə qət edərək Avropaya çatdırılır.
İkincisi – yapon məhsulları Süveyş kanalından keçərək Aralıq dənizi vasitəsilə Avropaya çatdırılır.
Üçüncüsü isə - məhsullar təyyarə vasitəsilə çatdırılır. Lakin bu yolla çox məhsul çatdırmaq mümkün deyil.
Biz Çindən Orta Asiyaya, oradan da Azərbaycan vasitəsilə Avropaya məhsulların təchizatı marşrutunu müsbət qiymətləndiririk. Bu layihənin həyata keçirilməsi məhsullarımızın təchizatı üçün yeni imkanlar verə bilər. Yəni Avropaya məhsullarımızı təchiz etməyimiz artacaq.
Bir məqamı da qeyd edim. Misal üçün, yapon avtomobillərini Bakıya Asiyadan Süveyş kanalını keçərək, Aralıq dənizi, Qara dəniz, Gürcüstandakı Poti limanı vasitəsilə gətirilir. Bu maşınları İrandan daha tez gətirmək olar. Buna görə də, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsində böyük maraq göstəririk.
- Yaponiya ilə müdafiə sahəsində əməkdaşlıq mümkündürmü? Hansı hərbi məhsulu Azərbaycan üçün təqdim edə bilərsiniz?
- Yaponiya hərbi sənaye məhsulu ixrac etmir. Ölkəmiz xaricə hərbi sənaye məhsulunu ixrac etməyi üç prinsip əsasında qadağan edir. Yaponiya – sülhün tərəfdarıdır, buna görə də hərbi sənaye məhsulları ixrac etmir. Lakin iki il öncə Yaponiya bu tədbirləri bir qədər yumşaltdı. Buna baxmayaraq, ölkəmiz münaqişəli vəziyyət olan dövlətlərə silah satışı qadağan edib. Azərbaycanla Ermənistan arasında münaqişəni nəzərə alaraq istər Azərbaycana, istərsə də Ermənistana silah ixrac edilməsi mükün deyil.
- Yaponiya avtomobil və ya digər texnikaların Azərbaycanda yığılmasını planlaşdırırmı?
- Azərbaycana məxsus “Aztexnika” müəssisəsi Xırdalanda Yaponiyanın yük maşınları “İsuzu”nun yılması zavodunu tikib. Burada Yaponiyadan gətirilmiş ehtiyat hissələri hesabına yük maşınları yığlır.
Bu sahədə digər layihələr müzakirə olunmur. Lakin Avromed şirkəti Yaponiya ilə danışıqlar apararaq Sumqayıtda dərman istehsalını həyata keçirmək istəyir. Çox güman ki, bu layihə həyata keçəcək.
- Təhsil sahəsində ölkələr arasında əməkdaşlıq necə inkişaf edir? Yaponiyada nə qədər azərbaycanlı təhsil alır?
- Hazırda Azərbaycanda təhsil sahəsində həyata keçirilən proqram və qrantlar Yaponiya fondu, eləcə də Təhsil, Mədəniyyət, İdman, Elm və Texnika nazirlikləri tərəfindən həyata keçirilir. Yaponiya fondu əcnəbilər üçün müxtəlif treniqlərin keçirilməsini maliyyələşdirir. Hər il bu fond vasitəsilə Yaponiyaya 3-4 nəfər təhsil almağa gəlir. Əgər bunları hesablasaq o zaman ölkəmizdə Azərbaycandan 63 tələbə təhsil alır. Azərbaycanın Yaponiyadakı hazırki səfiri Gürsel İsmayılzadə də Yaponiyada təhsil alan tələbələrdən biridir.
Azərbaycanda yapon dilini öyrənən uşaqlar var. Biz onlara köməklik edirik. BDU-da Yaponiyadan gəlmiş xüsusi müəllim yapon dili və ədəbiyyatı fənnini tədris edir. Hər il yapon dilində natiqlik sənəti üzrə müsabiqə keçirilir. Həmçinin Dillər Universitetondə də yapon dili tədris edilir. Yaponiya səfirliyi hər zaman bu tələbələrlə əlaqə yaradır, onları dəstəkləyir.
- “Ot kökləri və insanların təhlükəsizliyi” layihəsi haqda nə deyə bilərsiniz?
- Hazırki layihə hökumətimiz üçün çox vacibdir. Əsas məqsədimiz – vətəndaşların lazımi ehtiyaclarını həyata keçirmək üçün Azərbaycanın regionlarında layihələr həyata keçirməkdir. Bunlar arasında tibb məntəqələri, su kanalları, suvarma sistemləri, məktəblərin təmiri, uşaq baxçalarının tikintisidir. Biz il ərzində 10 layihə həyata keçirməyə çalışırıq.
2000-ci ildən Yaponiya dövləti bu layihəyə qrant ayırır. Bu günə qədər 211 layihə həyata keçirilib. Bütün bu layihələrə 18 milyon dollar sərf edilib.
1news.az