AccessBank The Banker (FT qrupu) tərəfindən ilin ən yaxşı bankı elan edilib
Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 07 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı “Azərbaycanda İlin ən yaxşı Bankı” nominasiyasında mükafatlandırıb.
Son altı il ərzində artıq dördüncü dəfədir ki, Bank bu ali mükafata layiq görülür.
“The Banker kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülməyimiz bizi çox sevindirir. Bu təltifat, hazırki dəyişkən iqtisadi şəraitə rəğmən daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün AccessBank komandasının öz işinə olan sadiqliyin və gərgin əməyinin göstəricisidir”, - AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann qeyd edib.
Qeyd edək ki, AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur.
Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.
Bankın ünvanı: Azərbaycan Respublikası, AZ1065, Bakı ş., Tbilisi prospekti, 3.
Telefon: (+994 12) 490 80 10. Faks: (+994 12) 510 37 71.