Çempionlar Liqasının qrup mərhələsi yekunlaşdı – Gecənin nəticələri | 1news.az | Xəbərlər
İdman

Çempionlar Liqasının qrup mərhələsi yekunlaşdı – Gecənin nəticələri

1news Redaksiyası09:37 - 08 / 12 / 2016
Çempionlar Liqasının qrup mərhələsi yekunlaşdı – Gecənin nəticələri

Ötən gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

1news.az xəbər verir ki, qrup mərhələsinin 6-cı turu çərçivəsində son oyunlar E, F, G və H qruplarında keçirilib.

Baş tutan oyunlardan sonra, “Bayer”, “Monako”, “Real Madrid”, “Borussiya Dortmund”, “Porto”, “Lester”, “Yuventus” və “Sevilya” da növbəti mərhələyə yüksəliblər.

“Tottenhem”, “Legiya”, “Kopenhagen” və “Lion” isə Avropa Liqasına yollanıblar.

Nəticələri təqdim edirik:

E qrupu

“Bayer” (Almaniya) – “Monako” (Fransa) - 3:0

Qollar: Yurçenko, 30, Brandt, 48, De Sanktis, 82 (öz qapısına)

 

“Tottenhem” (İngiltərə) – MOİK (Rusiya) - 3:1

Qollar: Alli, 38, Keyn, 45, Akinfeyev, 77 (öz qapısına) - Caqoev, 33

 

F qrupu

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2

Qollar: Benzema, 28, 53 - Obameyanq, 61, Roys, 87

 

“Legiya” (Polşa) – “Sportinq” (Portuqaliya) - 1:0

Qol: Gilyerme, 30

 

G qrupu

“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) - 0:2

Qollar: Meçele, 9 (öz qapısına), Yorgensen, 15

 

“Porto” (Portuqaliya) – “Lester” (İngiltərə) - 5:0

Qollar: Silva, 6, 64 (pen.), Korona, 26, Brahimi, 44, Jota, 72

 

H qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: İquayn, 52, Ruqani, 73

 

“Lion” (Fransa) – “Sevilya” (İspaniya) - 0:0

1news.az

Paylaş:
986

Son xəbərlər

Bütün xəbərlər