“Uzun yollar” sənədli filminin təqdimatı keçiriləcək – FOTO
Bu gün Bakı şəhərində Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında “Uzun yollar” sənədli filminin təqdimatı keçiriləcək.
1news.az-a Birlikdən verilən xəbərə görə, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.
Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün düşmüş insanların həyat yolundan, şahidlərin təqdimatlarında həmin rayonların işğalı ilə bağlı tarixi faktlardan danışılır. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir.
Filmin senari müəllifi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, rejissoru tanınmış jurnalist Eldəniz Elgündür.
1news.az