Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib
Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz “Twitter” səhifəsində yazıb. Dekabrın 8-də, axşam keçirilən görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutub.
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüş faktını təsdiqləyib. O bildirib ki, dekabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub:
“Hamburq görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.
1news.az