Bu gün 3 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gün 3 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

10:03 - 09 / 12 / 2016
Bu gün 3 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriblər.

Məlumata görə, Dekabrın 9-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Sabirabad”, “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

 

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər