Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Xocalı soyqırımını qətiyyətlə pisləyir | 1news.az | Xəbərlər
Siyasət

Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Xocalı soyqırımını qətiyyətlə pisləyir

18:56 - 10 / 12 / 2016
Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Xocalı soyqırımını qətiyyətlə pisləyir

Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləməli və BMT-nin Dağlıq Qarabağa dair qəbul etdiyi bütün dörd qətnamənin dərhal yerinə yetirilməsini Ermənistandan tələb etməlidir. Xocalı soyqırımını tanıyan dövlətlərin və beynəlxalq münasibətlərin digər aktorlarının sayı ilbəil artır.

İndiyə qədər dünyanın 10-dan çox dövləti və ABŞ-ın 20 ştatı Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş bu aktın soyqırımı olmasını tanıyıb. Azərbaycan ərazisində ermənilər tərəfindən etnik təmizləmə aparılıb, silahsız dinc sakinlər və əsirlərə qarşı dəhşətli vəhşiliklər və qəddarlıqlar törədilib. Bu insanların üzləşdiyi işgəncələrin yeganə səbəbi onların azərbaycanlı olması idi. Mütərəqqi bəşəriyyət Xocalıya münasibətdə ədaləti bərpa etməyə borcludur.

Dünən Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Xocalı soyqırımı aktını pisləyən deklarasiya dərc edib.

Deklarasiyada qeyd olunur ki, Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qətnamə qəbul edib. Sənəddə göstərilir ki, 1992-ci il fevralın 26-da erməni silahlı dəstələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətində yerləşən Xocalı şəhərinin mülki əhalisinə amansızcasına hücum edib və etnik mənsubiyyət əlamətinə görə əsl soyqırımı aktı törədiblər. İnsan haqları sahəsində beynəlxalq təşkilatların bəyan etdiyi kimi, bu hücum nəticəsində yüzlərlə insan qətlə yetirilib.

Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Ermənistan Respublikasının indiki rəhbərliyi tərəfindən ağlasığmaz qəddarlıqla törədilmiş Xocalı soyqırımını qətiyyətlə pisləyir. Xocalıda soyqırımı aktı XX əsrin sonunda törədilmiş ən dəhşətli faciələrdən biridir. Artıq tarixi faktdır ki, erməni silahlı dəstələri və muzdlular Xocalının azərbaycanlı sakinlərindən heç kimə, o cümlədən şəhəri və onun həndəvərini tərk etməyə macal tapmamış balaca uşaqlara, qadınlara və qocalara da rəhm etməyiblər. Erməni silahlı dəstələrinin qanlı vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 adam şikəst edilib, 1275 dinc sakin – qocalar, uşaqlar və qadınlar əsir götürülüb, təsvirəgəlməz əzablara, təhqirlərə və alçaldılmağa məruz qalıb.

Deklarasiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerinə qaytarılmasının vacibliyi və zəruriliyi vurğulanan Madrid prinsiplərini real mahiyyəti xatırladılır.

Deklarasiyada qeyd edilir ki, Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslədiyini bildirir, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini bu münaqişəni mümkün qədər tezliklə nizamlamağa, ATƏT-in Minsk qrupunun həmsədrlərini isə bu münaqişənin dinc yolla tənzimlənməsi üçün zəruri dəstək göstərilməsini təmin etməyə çağırır.

Sənəddə vurğulanır ki, Xocalıda qanlı qırğın və soyqırımı aktı törədildiyi gündən 25 il keçməsinə baxmayaraq, bu qanlı cinayətin qurbanları hələ də ədalətə nail olmayıblar. Bu fakt, habelə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin ləngidilməsi xalqlar arasında münasibətlərin bərpa edilməsinə mane olur.

Paylaş:
665

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər