Bakıda dolların "qara bazarından" reportaj - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dolların "qara bazarından" reportaj - VİDEO

12:55 - 10 / 12 / 2016
Bakıda dolların "qara bazarından" reportaj - VİDEO

Hazırda ölkəmizdə fəaliyyət göstərən əksər banklar dollar satmır. İnsanlar isə dollara olan tələbatlarını məcburən "qara bazardan" təmin etməli olurlar.

Hətta sosial şəbəkələrdə də dollar satışını təklif edənlər var. Əməkdaşlarımız metronun "28 may" stansiyası yaxınlığındakı "qara bazarda" olublar və ordan reportaj hazırlayıblar.

1news.az "Xəzər Xəbər"ə istindadən xəbər verir ki, dollara olan tələbat nəticəsində "Facebook" sosial şəbəkəsində çoxlu sayda dolların alqı-satqı elanları ortaya çıxıb, hətta "exchange" səhifələri açanlarda olub. Amma məsələ ictimailəşən kimi elanlar yığışdırılıb, səhifələr isə qapadılıb.

Sosial şəbəkələrdən yığışdırılsa da, qara bazarlarda dolların alqı-satıqısı hələ də həyata keçirilir. Banklar dollar satmadığından xarici valyutaya ehtiyacı olanlar belə bazarlara üz tuturlar.

Bu görüntülər paytaxtda metronun "28 may" stansiyasının yaxınlığında - əvvəllər exchangelərin bol olduğu Səməd Vurğun parkının yanında gizli şəkildə lentə alınıb. Üstəlik, banklardan fərqli olaraq belə bazarlarda istənilən qədər xarici valyuta almaq və satmaq mümkündür.

Belə bazarlarda bu gün üçün 1 dolların alışı isə 1 manat 82 qəpikdən həyata keçirilir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev "Xəzər Xəbər"ə verdiyi açıqlamada isə bildirilib ki, hazırda qara bazar mövcud olsa da, o, əvvəlki aktivliyini itirib və bu gün üçün bazarlarda passivləşmə müşahidə edilir.

Cəmil Abbasov

Paylaş:
16056

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər