Azərbaycan cüdoçusu dünya reytinqində liderliyə yüksəldi | 1news.az | Xəbərlər
İdman

Azərbaycan cüdoçusu dünya reytinqində liderliyə yüksəldi

17:35 - 12 / 12 / 2016
Azərbaycan cüdoçusu dünya reytinqində liderliyə yüksəldi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı ilin yekun reytinq cədvəlində Avropa çempionu, Rio Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni nailiyyətə imza atıb.

Bu göstərici Azərbaycan cüdo tarixində bir ilkdir. İlk dəfə cüdoçumuz ən çox reytinq xalı yığıb.

Belə ki, cüdoçumuz 3010 reytinq balı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Rüstəm neçə ildir bu göstəriciyə görə lider olan, ikiqat Olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub.

Rio Olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.

Sevindirici haldır ki, 60 kq-da ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edən Orxan Səfərov bütün rəqiblərini qabaqlayaraq liderliyi ələ keçirib (1854 xal). Bu çəkidə mübarizə aparan daha bir cüdoçumuz İlqar Müşkiyev də 2 pillə irəliləyərək 1073 xalla 12-ci yerdə qərarlaşıb.

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ötən ayla müqayisədə 1002 xal qazanaraq 9-cu pilləyə yüksəlib.

Digər iki cüdoçumuz - Məmmədəli Mehdiyev və Uşanqi Kokauri (+100 kq) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. Mehdiyev 806 xal ilə 20-ci, Kokauri isə 866 xalla 18-ci yerdə qərarlaşıblar.

1news.az

Paylaş:
536

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər