Futbolun sadəcə oyundan ibarət olmadığını sübut edən möhtəşəm görüntülər – FOTO – VİDEO
Dünən Türkiyə Spor Toto super liqasının 14-cü turu çərçivəsində “Qalatasaray” – “Qaziantepspor” görüşü baş tutub.
Türk Telekom arenada baş tutan görüşdə oyun öncəsi tribunalarda “Şəhidlər ölməz, vətən bölünməz”, “Vətən sənə canım fəda” şüarları səslənib.
Oyunçular meydana “Terörü lanetliyoruz” şüarı ilə çıxıblar. Start fiti verilməmişdən öncə terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oyunun başlama fitindən öncə futbolçular və hakimlər meydançada xidmət gösdərən polis əməkdaşlarına qərənfillər veriblər.
“Qalatasaray”ın kapitanı Səlçuk İnan meydançanın kənarında xidmət gösdərən polis əməkdaşlarından birini meydançaya gətirərək onu qucaqlayıb və alqışlayıb.
Qeyd edək ki, dekabrın 10-da istanbulun Beşiktaş rayonunda “Vodafone Arena” stadionu yaxınlığında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) törədilən iki partlayış nəticəsində 38 nəfər həyatını itirib, 155 nəfər isə yaralanıb.
“Qalatasaray”ın 3-1 hesabı ilə qələbə qazandığı görüşdə 3 qol vuran Yasin Öztəkin qollarını “əsgər salamı” ilə qeyd etdikdən sonra meydan kənarında dayanan polis əməkdaşlarını qucaqlayıb.
Cəmil Abbasov