Dünya birjalarında neftin qiyməti 57 dolları keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti 57 dolları keçdi

09:46 - 12 / 12 / 2016
Dünya birjalarında neftin qiyməti 57 dolları keçdi

OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasından sonra dünya birjalarında neft kəskin bahalaşıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilkdəfə 57 dollar həddini aşıb.

Qeyd edək ki, neft hasilatı yanvarın 1-dən azaldılacaq. Hasilatı azaltmaq öhdəliyi götürən qeyri-OPEC ölkələri Rusiya, Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Ekvatorial Qvineya, Sudan və Cənubi Sudandır.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər