İlk “iPhone”un qiyməti 20 min dollara qalxdı
“eBay” onlayn mağazasında kolleksiyaçılar ilk orijinal “iPhone” smartfonuna görə 20 000 dollar təklif edirlər.
1news.az lent.az-a istinadən xəbər verir ki, pul mükafatını hələ 2007-ci ildə ilk “iPhone”u əldə etmiş, ancaq hər hansı səbəblərə görə onu qutudan çıxarmayan şəxs əldə edəcək.
Qeyd edək ki, 2007-ci il yanvarın 9-da Stiv Cobs “MacWorld” sərgisində “Apple” şirkətinin ilk “iPhone”unu təqdim edib. O zaman 4 Gb yaddaşa malik smartfonunun qiyməti 499 dollar, 8 Gb yaddaşa malik smartfonunun qiyməti isə 599 dollar təşkil edib.
İlk “iPhone” versiyası idealdan çox uzaq idi. Onda zəif “Edge” şəbəkəsi, avtofokussuz və işıqlandırması olmayan 2 meqapiksel kamera vardı. MMS mübadiləsi aparmaq imkanı yox idi, həmçinin cihaz stereo “Bluetooth” funksiyasını dəstəkləmirdi.
Bütün bu çatışmazlıqlara baxmayaraq, bu yeniliyi əldə etmək istəyən bir izdiham vardı. “Apple” şirkətinin ilk orijinal “iPhone”unu əldə etmiş, ancaq qutunu açmamış istifadəçi “eBay”da bu smartfionu kolleksiyaçılara sata biləcək. Onlar isə buna görə 20 000 dollar təklif edirlər.
1news.az