Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi | 1news.az | Xəbərlər
Futbol

Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

17:07 - 13 / 12 / 2016
Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

2018-ci ildə Finlandiyada keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 52 komanda 13 qrupa bölünüb.

Azərbaycan millisi 7-ci qrupda yer alıb. Yığmamız Serbiya, İrlandiya və Kiprlə mübarizə aparacaq.

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar elit-raunda vəsiqə əldə edəcək.

1news.az

Paylaş:
549

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər