Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

10:11 - 13 / 12 / 2016
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,33 dollar bahalaşaraq 52,83 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar artaraq 55,69 dollar olub.

Azərbaycan neftinə gəlncə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,94 dollar bahalaşaraq 56,83 dollar təşkil edib.

1news.az

 

Paylaş:
694

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər