Ukraynanın erməni əsilli naziri istefa verərək ölkədən qaçdı | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın erməni əsilli naziri istefa verərək ölkədən qaçdı

12:11 - 13 / 12 / 2016
Ukraynanın erməni əsilli naziri istefa verərək ölkədən qaçdı

Ukraynanın daxili İşlər naziri Arsen Avakov istefaya gedib.

1news.az-ın məlumatına görə,  bu barədə Ali Radanın keçmiş deputatı Oleq Çarev şəxsi Facebook səhifəsində yazıb.

İddialara görə, Avakov istefa ərizəsini təqdim etdikdən sonra Kanadaya gedib. Onun geri qayıtmaq fikrində olmadığı bildirilir.

Qeyd edək ki, Ukraynada yaşayan soydaşlarımıza qarşı aqressiv mövqeyi ilə seçilən, hakimiyyətdə rüşvətxor və kriminal ünsürlərin himayəçisi kimi tanınan Avakova qarşı bir neçə gündür kütləvi etirazlar başlanmışdı.

Etirazlara əsas səbəblərdən biri kimi dekabrın əvvəlində Kiyevin Knyajiçi qəsəbəsində cinayətkarları yaxalamaq üçün keçirilən əməliyyat zamanı anlaşılmazlıq nəticəsində mühafizə polisi ilə atışmada 5 polis əməkdaşının həlak olması göstərilir.

1news.az

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər