Azarkeşləri “Qəbələ” və “Neftçi”ni ziyana saldı | 1news.az | Xəbərlər
Futbol

Azarkeşləri “Qəbələ” və “Neftçi”ni ziyana saldı

14:52 - 14 / 12 / 2016
Azarkeşləri “Qəbələ” və “Neftçi”ni ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda dünən keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin 2 oyununda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“Qəbələ” – AZAL  matçında “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

 “Zirə” – “Neftçi” matçının 30-cu dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.

1news.az

Paylaş:
1031

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər