“FES uçot dərəcəsini iki dəfə artıracaq” – Açıqlama | 1news.az | Xəbərlər
İqtisadiyyat

“FES uçot dərəcəsini iki dəfə artıracaq” – Açıqlama

17:34 - 14 / 12 / 2016
“FES uçot dərəcəsini iki dəfə artıracaq” – Açıqlama

Fyuçers bazarı iştirakçılarının ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2017-ci ildə keçiriləcək iclasların ikisində artıracağı ilə bağlı ehtimalları 62%-ə yüksəlib.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu "VTB24" bankının analitiki Aleksey Mixeyev bildirib.

Onun fikrincə, FES-in bugünkü iclasının nəticəsi artıq bir o qədər də önəmli deyil. Belə ki, hər kəs uçot dərəcəsinin artırılacağını bilir:

“Hətta aydındır ki, FES növbəti faiz artımı barədə də danışacaq. Amma, maliyyə bazarları 2017-ci ildə faizlərin iki iclasda artırılaraq 1-1,25%-ə çatdırılması ehtimalını 61,9% olaraq görürlər”.

Xatırladaq ki, FES 2015-ci ilin dekabrında uçot dərəcəsini tarixi minimal səviyyədən artıraraq 0,25-0,50%-ə çatdırıb. Bugünkü iclasda isə faizin 0,50-0,75%-ə çatdırılması gözlənilir.

1news.az

Mövzu ilə əlaqədar – FES-in qərarı Azərbaycan valyuta bazarına necə təsir göstərəcək? – Vüqar Bayramov

 

Paylaş:
1102

Son xəbərlər

Bütün xəbərlər