AFFA rəsmiləri AVRO-2020-nin loqotip təqdimatında iştirak edib | 1news.az | Xəbərlər
Futbol

AFFA rəsmiləri AVRO-2020-nin loqotip təqdimatında iştirak edib

19:18 - 14 / 12 / 2016
AFFA rəsmiləri AVRO-2020-nin loqotip təqdimatında iştirak edib

 Belçikanın paytaxtı Brüsseldə bu şəhərin Avro-2020-nin ev sahibi şəhərlərindən biri kimi loqotipinin təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak edib.

Brüssel şəhərinin meriya binasında təşkil olunan tədbirə UEFA İcraiyyə Komitəsinin  üzvü Michael van Praag da qatılıb.

Xatırladaq ki, sentyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak etmişdi.

1news.az

Paylaş:
655

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər