Messi salafan paketdən formasını geyinən azyaşlı fanatı ilə görüşdü – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Messi salafan paketdən formasını geyinən azyaşlı fanatı ilə görüşdü – FOTO – VİDEO

10:01 - 14 / 12 / 2016
Messi salafan paketdən formasını geyinən azyaşlı fanatı ilə görüşdü – FOTO – VİDEO

“Barselona” klubunun ulduz futbolçusu Lionel Messi üzərində adı yazılan salafan paketdən hazırladığı forma geyinməklə məşhurlaşan azyaşlı fanatı ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə məlumat 2022-ci ildə Qətərdə təşkil olunacaq Dünya çempionatının təşkilat komitəsi tərəfindən yayılıb.

Məlumata görə, ulduz futbolçu ilə Əfqanıstandan olan 6 yaşlı Murtazanın görüşünü Əfqanıstanın futbol federasiyası təşkil edib. 

“Barselona”nın “Əl Əhli” klubu ilə yoxlama oyunu üçün Qətərə gələn Messi stadiona azyaşlı fanatı ilə çıxıb.

Qeyd edək ki, oyun "Barselona"nın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birinin də müəllifi Messi olub.

1news.az

 

Paylaş:
915

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər