Ramil Şeydayevə kubok oyununda da şans verilmədi | 1news.az | Xəbərlər
Futbol

Ramil Şeydayevə kubok oyununda da şans verilmədi

23:10 - 14 / 12 / 2016
Ramil Şeydayevə kubok oyununda da şans verilmədi

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” Türkiyə kubokunda növbəti oyununa çıxıb.

1news.az-ın məlumatına görə, H qrupunda mübarizə aparan Ərsun Yanalın komandası səfərdə “Konyaspor”la qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb.

Millimizin futbolçusunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Trabzonspor” H qrupunda 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.

1news.az

Paylaş:
947

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər