“Qəbələ”nin futbolçusu Xorvatiya millisində | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”nin futbolçusu Xorvatiya millisində

11:26 - 14 / 12 / 2016
“Qəbələ”nin futbolçusu Xorvatiya millisində

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib.

Ozobiç Xorvatiya millisinin heyətində “China Cup 2017” turnirində özünü göstərməli olacaq. Çaçiç Filipin yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq.

Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi ola bilər.

1news.az

Paylaş:
702

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər