Ramil Usubovdan Ramiz Zeynalova tapşırıq verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramil Usubovdan Ramiz Zeynalova tapşırıq verdi

19:05 - 16 / 12 / 2016
Ramil Usubovdan Ramiz Zeynalova tapşırıq verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında yol patrul xidməti əməkdaşlarının sıra baxışını keçirib.

1news.az nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülən işlər, əldə edilən nəticələr barədə geniş məruzə ilə çıxış edib.

General-polkovnik əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər