UEFA videotəkrardan yararlanmaq fikrində deyil | 1news.az | Xəbərlər
Futbol

UEFA videotəkrardan yararlanmaq fikrində deyil

20:31 - 17 / 12 / 2016
UEFA videotəkrardan yararlanmaq fikrində deyil

UEFA prezidenti Aleksandr Çeferin Yaponiyada keçirilən Klublarası dünya çempionatında videotəkrardan istifadə olunmasına münasibət bildirib.

1news.az qol.az-a istinadən xəbər verir ki, sloveniyalı funksioner rəhbərlik etdiyi qurumun sözegedən yenilikdən yararlanmaq fikrində olmadığını qeyd edib:

“UEFA və mənim üçün bu yenilik sadəcə eksperimentdir. Videotəkrarla bağlı, hələ ki, vəziyyət tam aydın deyil. Gələcəkdə nələrin olacağını birlikdə görəcəyik. Amma hazırda hər şey aydındır. Biz videotəkrardan yararlanmaq fikrində deyilik”.

Paylaş:
677

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər