Azərbaycanlı deputatın bəyannaməsi AŞPA-nın saytında dərc olunub
Avropa Şurası Parlament Assambleyasının saytında Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın Beynəlxalq Miqrantlar Günü ilə bağlı bəyannaməsi dərc olunub.
Bəyannamədə son onilliklər ərzində Avropa quruculuğunda miqrantların rolundan bəhs edilir. Bildirilir ki, gərgin vəziyyətlərin və mübarizələrin nəticəsində peyda olan bugünkü qarışıq hibridləşmiş mədəniyyətlərin, etiqadların, adət-ənənələrin yaranmasında miqrantların və ya onların övladları olan siyasətçilərin, alimlərin, mütəfəkkirlərin rolu böyükdür.
S.Qafarova bəyannamənin sonunda bütün üzv dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətlərini optimist və gələcəyə ümidlə baxan miqrant uşaqlara, gənclərə və yaşlılara humanist yanaşmağa və onları müsbət qarşılamağa çağırıb.
Qeyd edib ki, miqrasiya böhran və ya təhdid deyil, hamımız üçün müsbət bir fürsətdir.