Brazilyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Brazilyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO

18:30 - 18 / 12 / 2016
Brazilyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO

Bakı “İnter”inin braziliyalı futbolçusu Denis Silva Azərbaycan diində müsahibə verib.

1news.az qol.az-a istinadən xəbər verir ki, dünən Topaz Premyer Liqanın 14-cü turunun “Qarabağ”a qarşı oyunundan (0:0) sonra o, jurnalistlərə açıqlamanı öz doğma dilində və ya ingiliscə deyil, azərbaycanca verib.

Düzdür, Silva Azərbaycan dilində fikirlərini ifadə edərkən çətinlik çəkib. Bununla belə, ölkəmizdə çıxış edən bir legionerin dilimizə hörmət göstərməsi müsbət dəyərləndirilməlidir.

Qeyd edək ki, Denis Silva 2008-ci ildən Azərbaycanda çıxış edir. O, müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, “Neftçi”də oynayıb, hazırda isə “İnter”in şərəfini qoruyur. 2010 və 2012-ci illərdə vətəni Braziliyaya qayıdaraq “Qremio”da da oynayıb.

Paylaş:
752

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər