“Real Madrid” dünya çempionu oldu | 1news.az | Xəbərlər
Futbol

“Real Madrid” dünya çempionu oldu

19:12 - 18 / 12 / 2016
“Real Madrid” dünya çempionu oldu

Bu gün klublararası dünya çempionatında final oyunu keçirilib.

1news.az apasport.az-a istinadən xəbər verir ki, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.

Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.

“Real” – “Kaşima” – 4:2

Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 - Şibasaki, 44, 52

Paylaş:
1207

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər