Ölkə kubokunda yarımfinalçılar müəyyənləşir | 1news.az | Xəbərlər
Futbol

Ölkə kubokunda yarımfinalçılar müəyyənləşir

12:32 - 21 / 12 / 2016
Ölkə kubokunda yarımfinalçılar müəyyənləşir

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. 

1news.az-ın məlumatına görə, keçiriləcək 4 qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşəcək. 

Günün ilk oyunu Gəncədə keçiriləcək. “Kəpəz” ilk oyunda 2 cavabsız qolla uduzduğu “İnter”dən revanş almağa çalışacaq. 

Sumqayıtda eyniadlı komanda “Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 6 cavabsız qolla qalib gələn Ağdam klubu cavab görüşünü formallığa çevirib. 

Günün intiriqalı qarşılaşması Şüvəlanda keçiriləcək. İlk görüşdə səfərdə 2:1 hesabı ilə məğlub olan AZAL-ı bu görüşdə 1:0 hesablı qələbə qane edəcək.

İlin son oyunu paytaxtda baş tutacaq. İlk qarşılaşmada səfərdə “Zirə”yə 3 cavabsız qolla qalib gələn “Neftçi”nin bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil.

 

Azərbaycan kuboku

1/4 final, cavab qarşılaşmaları

21 dekabr (çərşənbə)

13:00. “Kəpəz” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov

İlk oyun – 0:2
Gəncə şəhər stadionu

15:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

İlk oyun – 0:6
Sumqayıt şəhər stadionu

16:00. AZAL – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov

İlk oyun – 1:2
“AZAL Arena” (“CBC Sport”, canlı)

17:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev

İlk oyun – 3:0
8-ci km qəsəbə stadionu

1news.az

Paylaş:
573

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər