Bakı “İnter”i yeni prezidentini rəsmən təqdim etdi | 1news.az | Xəbərlər
Futbol

Bakı “İnter”i yeni prezidentini rəsmən təqdim etdi

13:23 - 22 / 12 / 2016
Bakı “İnter”i yeni prezidentini rəsmən təqdim etdi

Bakının “İnter” klubu yeni prezidentinin adını rəsmən açıqlayıb.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, sponsor Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev klub prezidenti vəzifəsinə təyin edilib.

A.Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu" İdarəsi rəisinin müavini vəzifəsi olub. 39 yaşlı funksioner ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.

Qeyd edək ki, daha öncə "İnter"ə Rəşad Qasımov rəhbərlik edib. O, şəxsi işləri ilə əlaqədar tutduğu vəzifədən istefa verib.

1news.az

Paylaş:
941

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər