“Çelsi” rekord məbləğə Çin klubuna futbolçu satır
İngiltərənin “Çelsi” klubunun futbolçusu karyerasını Çində davam etdirəcək.
1news.az-ın məlumatına görə, komandanın braziliyalı yarımmüdafiəçisi Oskar qış transfer pəncərəsində Çinin “Şanxay SİPG” klubuna keçəcək. Artıq sözləşmə ilə bağlı bütün məsələlər öz həllini tapıb.
Bu transfer Andre Villaş-Boaşın baş məşqçi olduğu “Şanxay SİPG” klubuna 70 milyon avroya başa gələcək. İyirmi beş yaşlı futbolçunun özü isə yeni komandasında “Çelsi”də qazandığı həftəlik 105 min avronun dörd qatını alacaq.
Bu halda Oskar rekord qiymətə - “Çelsi”nin indiyədək satdığı ən bahalı futbolçu olacaq. Onun illik məvacibi isə 22 milyon avro təşkil edəcək.
1news.az
1567